Malayziya polisi ölkənin sabiq baş naziri Nəcib Razakuya məxsus mənzillərdən pul, zinət əşyaları, elit saatlarla dolu 280-dən artıq qutu və "Hermes" şirkətinin onlarla özəl çantalarını müsadirə edib. Malayziya polisi ölkənin sabiq baş naziri Nəcib Razakuya məxsus mənzillərdən pul, zinət əşyaları, elit saatlarla dolu 280-dən artıq qutu və "Hermes" şirkətinin onlarla özəl çantalarını müsadirə edib.

Sabiq baş nazirin mənzilində qızılla dolu 280 qutu tapıldı

Malayziya polisi ölkənin sabiq baş naziri Nəcib Razakuya məxsus mənzillərdən pul, zinət əşyaları, elit saatlarla dolu 280-dən artıq qutu və "Hermes" şirkətinin onlarla özəl çantalarını müsadirə edib.

Trend-in məlumatına görə, mallar sabiq baş nazirin Kuala-Lumpurun elit yaşayış komplekslərindən birində yerləşən 3 mənzilində aşkarlanıb.

İqtisadi cinayətlərin araşdırılması üzrə idarənin rəisi Amar Sinqx bildirib ki, müsadirə edilən qutuları və çantaları aparmaq üçün 5 yük maşınından istifadə olunub.

Qeyd edək ki, jurnalistlər həmişə qeyd edirdilər ki, sabiq baş nazirin xanımı tez-tez camaat qarşısına qiymətləri 12-300 min dollar təşkil edən "Hemres" şirkətinin müxtəlif çantaları ilə çıxır. Bundan əlavə, daha əvvəl ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri bildirib ki, sabiq baş nazirin xanımı ABŞ-da 23 milyon dollara çəhrayı brilyant əldə edib.

Nəcib Razakunun mənzillərində axtarışlar mayın 16-sı aparılıb.

AzNews.az