“MDB ölkələri üçün əsas təhlükə...” - Şoyqu

"MDB ölkələri əsasən beynəlxalq terror təhlükəsi ilə qarşılaşır".

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Tıva respublikasının Kızıl şəhərində keçirilən MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında çıxış edən Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

"Bu gün Birlik ölkələri Müdafiə Nazirləri Şurasının iclasının Asiyanın çoğrafi mərkəzində-Kızıl şəhərində keçirilməsi olduqca simvolikdir. Birgə sərhədlər və tarixi əlaqələrin ümumiliyi bizə ən aktual mövzularla bağlı etibarlı danışıqlar aparmağa imkan verir",-deyə o qeyd edib.

Rusiyalı nazir MDB-dən olan tərəfdaşları vahid prioritetin birləşdirdiyini söyləyib: "Bu, mehriban qonşuluq, qarşılıqlı sərfə əməkdaşlıq və regional sabitlikdir. Bununla yanaşı, bizə qarşı ümumi çağırışlar və təhlükələr mövcuddur. Bu, hər şeydən əvvəl beynəlxalq terrordan gələn təhlükədir. MDB Müdafiə Nazirləri Şurasının formatı milli və ümumi maraqları nəzərə almaqla əməkdaşlığın diapazonunu genişləndirməyə imkan verir. Bugünkü iclas bu yolda vacib addımdır".

Şoyqu MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında tarixdə ilk dəfə fəxri qonaq qismində Monqolustan müdafiə naziri Nyamaaqiyn Enxboldun da iştirak etdiyini vurğulayıb.

AzNews.az