MYANMARDA BAŞ VERƏN HADİSƏLƏRDƏ 20 NƏFƏR ÖLDÜRÜLDÜ MYANMARDA BAŞ VERƏN HADİSƏLƏRDƏ 20 NƏFƏR ÖLDÜRÜLDÜ

6 min müsəlman didərgin düşdü, məscidlər yandırıldı

MYANMARDA BAŞ VERƏN HADİSƏLƏRDƏ 20 NƏFƏR ÖLDÜRÜLDÜ




Myanmarda yerləşən Meikhtila qəsəbəsində budistlər müsəlmanlara aid evləri və 5 məscidi atəşə tutublar. 20 adamın öldüyü bu hadisələrdən sonra qəsəbəsədə fövqəladə hal elan edilib. Mynamarın Meikhtila qəsəbəsi son iki gündür "qan gölünə" çevirilib.

Məlumat üçün deyək ki, bu qarşıdurmaya müsəlman sahibkar ilə buddist müştəriləri arasında gedən mübahisə səbəb olub. Bu mübahisənin böyüməsi sonradan buddistlərdən ibarət qrupun müsəlmanlara aid evlərə hücumuna ilə yekunlaşıb. Yerli mətbuatın yazdığına görə, qarşıdurma nəticəsində müsəlmanlara aid çoxlu sayda evə və 5 məscidə atəşə açılıb, 6 mindən çox adam evlərini tərk etmək məcburiyyətində qaldı.

Dövlət Başçısı Thein Seine hadisələrin nəzarətdən çıxmasını əsas gətirib qəsəbədə fövqəladə vəziyyət elan edib.

Xəyalə Məmmədova
AzNews.az