Keniyanın paytaxtı Nayrobi şəhərində yanğın olub. Keniyanın paytaxtı Nayrobi şəhərində yanğın olub.

Keniyada bazar yandı - 15 nəfər öldü

Keniyanın paytaxtı Nayrobi şəhərində yanğın olub.

APA-nın yerli “Daily Nation” qəzetinə istinadən verdiyi xəbərə görə, Gikomba bazarında ötən gecə baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 70-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

58 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, qalanlarına yerində yardım göstərilib.

Qeyd edək ki, Gikomba bazarı ikinci əl paltarlarının satışı ilə məşhurdur.

2015-ci ildən hər il bazarda yanğın baş verir.

AzNews.az