Münaqişədən əziyyət çəkənlərə yardım kampaniyasına məşhurlar da qoşuldu Münaqişədən əziyyət çəkənlərə yardım kampaniyasına məşhurlar da qoşuldu

Suriyaya 3.4 milyonluq yardım

Münaqişədən əziyyət çəkənlərə yardım kampaniyasına məşhurlar da qoşuldu



BBI-nin yaydığı məlumata görə Suriyada münaqişənin təsirinə məruz qalmış insanlara köməl etmək məqsədi ilə Böyük Britaniyada xeyriyyə cəmiyəti tərəfindən edilmiş çağırış iki gündə £ 3.4m artmışdır.

Fövqəladə hallarla məşgül olan komitənin (DEC) dediyinə görə 5 milyondan artıq insanın təcili humanitar yardıma ehtiyacı var ki, bunlardan 3 milyona yaxını hal hazırda evsizdir.
DEC yığılan pulu Suriyada və bir milyondan artıq qaçqının özlərinə sığınacaq tapdığı qonşu ölkələrdə istifadə edəcəyi bildirilmişdir.
Komitənin baş icraçısı Saleh Səid Britaniya ictimaiyyətinin çağırışa böyük alicənablıqla qarşılıq verdiyini söyləyib.
DEC İngiltərədə böhran vəziyyətində bir araya gələn 14 Biritaniya xeyriyyə cəmiyətinin birliyidir. Buraya həmçinin Britaniya Qırmızı Xaç, Islamic Relief, Oxfam və Uşaqları Qoruyaq yardım agentlikləri də daxildir.
Xatırladaq ki, yardım kompaniyası aktyor Rufus Sewell, diktor Michael Palin, jurnalist John McCarthy və aktrisa Juliet Stephenson tərəfindən Cümə axşamı başladılmışdır.

Şamxal Əbilov
AzNews.az