Macarıstanda varlıların gəlirlərinin daha da artması səbəbindən özəl bank sektoru sürətlə inkişaf edir. Macarıstanda varlıların gəlirlərinin daha da artması səbəbindən özəl bank sektoru sürətlə inkişaf edir.

Varlı macarların gəlirləri daha da artıb

Macarıstanda varlıların gəlirlərinin daha da artması səbəbindən özəl bank sektoru sürətlə inkişaf edir.

AZƏRTAC “Világgazdaság” qəzetinə istinadla xəbər verir ki, hesablamalara görə, şəxsi sərvətinin məbləği 10 milyon avrodan çox olan 700 macar var.

“BloChamps Capital”ın yerli maliyyə müşavirlərinin apardıqları yeni araşdırmalara görə, Macarıstanda on milyonlarla forint əmanəti olan yüksək gəlirli bank müştərilərinin sayı artır. “Világgazdaság” xəbər verir ki, 2017-ci ildə ölkənin aparıcı kommersiya bankı “OTP Bank”da əmanətlərin 40 faizdən çox artımı özəl bank depozitlərinin çoxalması hesabına baş verib.

Macarıstanda digər ölkələrlə müqayisədə varlıların sayı o qədər də çox deyil: təqribən 600-700 nəfərin 10 milyon avrodan çox şəxsi vəsaiti var. Onların arasında siyasi əlaqələrindən biznes məqsədləri üçün istifadə etməklə çox tez varlanan qrupa aid olan insanlar var.

Kütləvi informasiya vasitələri bu qrupa daxil olan bir neçə insana xüsusi diqqət yönəltsə də, araşdırmalar göstərir ki, Macarıstanda siyasi dairələrdə əlaqələrinə görə varlanan insanların sayı 1000 nəfərə yaxındır.

Macarıstanda şəxsi bank hesablarının sayı 40 minə yaxındır və əmanətlərin miqdarı 30-50 milyon forintdən maksimum 100 milyon forintə qədərdir. 2017-ci ildə şəxsi bank hesablarında saxlanan əmanətlərin ümumi miqdarı isə 4,143 trilyon forint təşkil edib.

Hesabatda qeyd olunur ki, Macarıstanda depozitlər üzrə faiz dərəcələri aşağıdır və əmanətlərin həcmi ləng artır, lakin macarların əksəriyyəti 2012-ci ildə olduğu kimi öz pullarını xarici hesablara köçürmürlər. Vergi sistemi indi əmanətlərin Macarıstandakı banklarda saxlanılmasını daha cəlbedici edir.

AzNews.az