Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahının komitə sədri Con Sın Co və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanı general Ceyms Turman müttəfiqlərin hazırladıqları təxribatlarla mübarizə üzrə planı imzalayıblar Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahının komitə sədri Con Sın Co və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanı general Ceyms Turman müttəfiqlərin hazırladıqları təxribatlarla mübarizə üzrə planı imzalayıblar

ABŞ və Cənubi Koreya birgə plan hazırlayıb

Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahının komitə sədri Con Sın Co və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanı general Ceyms Turman müttəfiqlərin hazırladıqları təxribatlarla mübarizə üzrə planı imzalayıblar





Trend-in verdiyi məlumata görə, bu haqda ABŞ və Koreya Respublikasının silahlı qüvvələrinin komandanlığının birgə yaydığı açıqlama bildirilib.

"İmzalanmış plan Koreya Respublikasının KXDR tərəfindən reallaşdırıla biləcək təxribatlara cavab vermək üçün ABŞ-ın dəstəyilə fövqəladə vəziyyətlərə uyğun fəaliyyətini əhatələyir. Bunun formalaşdırılması isə KXDR tərəfindən Yenpxyendo adasının artilleriya atəşinə tutulmasından sonra Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahı və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanlığı arasında aparılmış danışıqlar nəticəsində mümkün olub" - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, plana əsasən tərəflərin məsləhətləşmələr aparması, KXDR-in təxribatlarına cavab vermək üçün güclü və qərarlı addımlar atması nəzərdə tutulur.

AzNews.az