"Dünyanın ən yaraşıqlı naziri" hesab edilən Kanadanın baş naziri Castin Trüdo haqqında yayılan qalmaqallı ittihamla gündəmdədir. "Dünyanın ən yaraşıqlı naziri" hesab edilən Kanadanın baş naziri Castin Trüdo haqqında yayılan qalmaqallı ittihamla gündəmdədir.

Kanadanın baş naziri haqqında təcavüz iddiası

"Dünyanın ən yaraşıqlı naziri" hesab edilən Kanadanın baş naziri Castin Trüdo haqqında yayılan qalmaqallı ittihamla gündəmdədir.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir 18 il əvvəl baş vermiş təcavüz iddiası ilə günahlandırılır. Bir qadın jurnalist 18 il əvvəl 28 yaşlı Trüdonun onu zorladığını bildirib. Hər zaman cinsi zorakılıq əleyhinə kəskin çıxışları ilə tanınan Castin iddia ilə bağlı "O günü yadıma sala bilmirəm. Heç bir əksik hərəkətə yol verməmişəm. Hər zaman insanlara hörmət etməyə çalışmışam" deyib.

Jurnalistin çalışdığı qəzetin o zamankı sahibi Valeriya Bourne isə hadisənin zorlama yox, "ani bir toxunuş" olduğunu bildirib.

AzNews.az