Azərbaycanın işğal olunmuş əraziləri ilkin sövdələşmə olmadan azad edilməlidir. Azərbaycanın işğal olunmuş əraziləri ilkin sövdələşmə olmadan azad edilməlidir.

“Azərbaycanın işğal olunmuş əraziləri ilkin sövdələşmə olmadan azad edilməlidir”

Azərbaycanın işğal olunmuş əraziləri ilkin sövdələşmə olmadan azad edilməlidir.

Trend-in məlumatına görə, bunu rusiyalı jurnalist, teleaparıcı və ictimai xadim Maksim Şevçenko öz “YouTube” kanalında deyib.

M.Şevçenko Azərbaycana səfəri haqqında danışıb:

“Bir müddət əvvəl Aleksandr Dugin məni Azərbaycana, Qarabağ münaqişəsi zonasına dəvət etdi. Erməni oxucular və dinləyicilər dedilər ki, bunu necə edə bilərdiniz, siz satılmısınız, Bakıdan pul almısınız. Birincisi, sizə söz verirəm ki, mən pul almamışam. Əgər pul təqdim etsəydilər, mən o səfərə getməzdim. Düzdür, azərbaycanlılar rahat səfər təşkil etmişdilər. Biz işğal olunmuş ərazilərə səfər etdik. Bu ərazilər bütün beynəlxalq normalara əsasən, Ermənistan qoşunları tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazisidir”.

M.Şevçenko qeyd edib ki, Azərbaycanın işğal olunmuş rayonlarından erməni qoşunları çıxarılmalıdır və oralara bir milyona yaxın azərbaycanlı qayıtmalıdır:

“Müharibə bu cür məsələlərin ən pis həllidir. Mən hesab edirəm ki, bu rayonlar ilkin sövdələşmə olmadan qaytarılmalıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi siyasətini davam etdirmək lazımdır. Əminəm ki, millətçilik mifi ilə yoxluxmamış şüurlu ermənilər məni dəstəkləyər”.

AzNews.az