Misirin eks-prezidenti Hüsnü Mübarək başqa ittihamlarda təqsirli bilinməsə, aprelin 14-ə kimi həbsdən azad oluna bilər. Anspress-in verdiyi xəbərə görə, bu barədə Misirin ədliyyə naziri Əhməd Məkki bilirib. Misirin eks-prezidenti Hüsnü Mübarək başqa ittihamlarda təqsirli bilinməsə, aprelin 14-ə kimi həbsdən azad oluna bilər. Anspress-in verdiyi xəbərə görə, bu barədə Misirin ədliyyə naziri Əhməd Məkki bilirib.

Eks-prezident azadlığa çıxa bilər

Misirin eks-prezidenti Hüsnü Mübarək başqa ittihamlarda təqsirli bilinməsə, aprelin 14-ə kimi həbsdən azad oluna bilər. Anspress-in verdiyi xəbərə görə, bu barədə Misirin ədliyyə naziri Əhməd Məkki bilirib.




2012-ci ildə məhkəmədə keçmiş prezident inqilab zamanı 850 nəfərin öldürülməsində təqsirkar bilinərək ömürlük həbs cəzasına layiq görülüb. Amma 2013-cü ilin yanvarında məhkəmə qərarına yenidən baxılması qərara alınıb. "İnterfax"ın verdiyi məlumata görə, yeni məhkəmə dinləmələrinin apreldə keçiriləcəyi gözlənilir.

Hüsnü Mübarəkin vəkili Yusri Abdel Razzak hesab edir ki, prokurorluq cinayət işinə dərhal xitam verməli və keçmiş dövlət başçısı dərhal həbsdən azad edilməlidir. O, fikrini eks-prezidentə qarşı irəli sürülən ittihamın ləğv edilməsi və yeni şahidlərin isə təqdim olunmaması ilə əsaslandırır.


AzNews.az