Corc Buşun kardioloqu öldürüldü

ABŞ-ın Texas ştatında, Hyuston şəhərində keçmiş prezident Corc Buşun kardioloqu qətlə yetirilib.

Trend-in məlumatına görə, hadisə Texas Tibb Mərkəzi yaxınlığında baş verib.

Bildirilir ki, kardioloq Mark Xausnext velosiped sürərkən atəşə tutulub. Həkim ona açılan 2 atəş nəticəsində yerindəcə dünyasının dəyişib.

Qatil axtarışa verlib, araşdırmalar başlayıb.

Qatilin təxminən 30 yaşlarında biri olduğu bildirilir.

AzNews.az