- Köhnə - Dünya
- 26 İyul 2018 16:09
- 2 394
Türkiyəli zəvvarlar Mədinədə qəzaya düşdülər

Türkiyəli zəvvarları aparan avtobus Səudiyyə Ərəbistanının Mədinə şəhərində qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində avtobus yanıb.
Qəza zamanı 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti olduqca ağır qiymətləndirilir.
Yaralılar gün ərzində Türkiyəyə çatdırılıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.
AzNews.az