Almaniya Kansleri Angela Merkel Gürcüstana rəsmi səfər edəcək. Almaniya Kansleri Angela Merkel Gürcüstana rəsmi səfər edəcək.

Merkel Gürcüstana gəlir

Almaniya Kansleri Angela Merkel Gürcüstana rəsmi səfər edəcək.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Gürcüstan Xarici İşlər Nazirliyi səfərin avqustun 23-24-də baş tutacağını bəyan edib.

Səfərin proqramı yaxın günlərdə dəqiqləşdiriləcək.

Qeyd edək ki, bu, A.Merkelin kansler olaraq Gürcüstana ikinci səfəridir. Belə ki, ilk səfər 2008-ci ildə baş tutub.

AzNews.az