Bəşər Əsəd Putinə başsağlığı verdi

Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə “İl-20” təyyarəsinin qəzaya düşməsi ilə bağlı başsağlığı teleqramı göndərib.

“Qafqazinfo” “SANA”ya istinadən xəbər verir ki, teleqramda deyilir:

“Suriya xalqı adından Rusiya hərbçilərinin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verirəm.Ümid edirik, faciəvi hadisə terrorizmlə mübarizənin davam etdirilməsinə mane olmayacaq”.

Xatırladaq ki, göyərtəsində 15 hərbçi olan “İl-20” təyyarəsi sentyabrın 17-də Aralıq dənizində vurulub.

AzNews.az