Hər il 38 milyard dollar itirən ölkə

Afrika qitəsində hökumətlər hər il vergidən yayınma və gizli mədən danışıqlarına görə ümumilikdə 38 milyard dollar ziyan edir.

Bu barədə BMT-nin sabiq baş katibi Kofi Annan hesabat hazırlayıb.
Hesabatda göstərilib ki, Afrika şirkətləri qazanclarının bir hissəsindən vergi ödəyir ki, bu da dövlət büdcələrinə az miqdarda pul daxil olması ilə nəticələnir.

Qeyd edək ki, BMT-nin Afrikadakı təbii sərvətlərlə bağlı hesabat hazırlaması ABŞ-ın bu qitədəki planlarından xəbər verir.
İstisna deyil ki, Amerika şirkətləri yaxın gələcəkdə Afrika hökumətlərinin dəstəyi ilə mədənlərdə işləri öz üzərinə götürsün.

AzNews.az