Canlı yayında atəş səsləri

Fransada keçirilən 66-cı "Cannes Film Festivalında, `Canal +` adlı Fransız kanalının canlı yayımılnda olan`Grand Journal` proqramının yayımında silah səsləri eşidilib.

Hadisə çəkiliş platosunda reallaşdığı üçün proqramın yayımı qısa bir müddət dayandırılıb. Hadisəyə Fransız pölisi müdaxilə edib və hadisəni törədən 42 yaşlı şəxsi yaxalayıb.

Hücumu reallaşdıran adamın üzərində silah, saxta bir əl bombası və bıçaq aşkarlanıb. Onun havaya atəş etdiyi silahın isə xüsusilə film çəkilişlərində istifadə edilən, gerçəyə çox bənzəyən, amma ölümcül hücumlara səbəb olmayan bir silah olduğu bəlli olub. Polis hadisəyə səbəb olan şəxsin ağıl xəstəsi olduğunu açıqlayıb.

Elman
AzNews.az