"Öldürdüyünüz minlərlə müsəlmandan üzr istəyəcəksinizmi?" "Öldürdüyünüz minlərlə müsəlmandan üzr istəyəcəksinizmi?"

Dinləyicilər arasındakı qadın Obamanı necə susdurdu? - Video

"Öldürdüyünüz minlərlə müsəlmandan üzr istəyəcəksinizmi?"



ABŞ prezidenti Barak Obamanın Beynəlxalq Müdafiə Universitetində anti terrorizmlə bağlı etdiyi çıxışı zamanı, tamaşaçılar arasında olan qadın onu kritik sualları ilə susdurub.

Belə ki, qadın dinləyici Obamanın nitqinə reaksiya göstərərək "öldürdüyünüz müsəlmanlardan üzr istəməyi düşünürsünüzmü?" deyə zalda qışqırıb.

Obamanın çıxışına mane olan qadın ABŞ prezidentinə tənqidlərini davam etdirərək prezidentin bir müddət danışmasına mane olub. Zalda olan mühafizəçilərin də müdaxilə etmədiyi qadının susmasından sonra Obama öz nitqinə davam edib.

AzNews.az saytı xarici mətbuata istinadən etirazçı qadının Obamanı susduran suallarını sizlərə təqdim edir:

- Müsəlmanlara onların həyatlarının da sizinki qədər dəyərli olduğunu söyləyə bilərsinizmi?

- Şübhəli davranışlarda olduğunu iddia etdiyiniz insanları hədəfə alaraq onları öldürməyə davam edəcəksinizmi?

- Öldürdüyünüz minlərlə müsəlmandan üzr istəyə bilərsinizmi?

- Öldürdüyünüz insanların günahsız ailələrinin itkilərini qarşılayıb, itirdiklərini qaytara bilərsinizmi?




Xəyalə Məmmədova
AzNews.az