Suriya XİN rəhbəri Bağdada səfər etdi

Valid əl-Müəllim iraqlı həmkarı Nuri əl-Maliki ilə görüşüb

Suriyanın xarici işlər naziri Valid əl-Müəllim İraqa səfər edib. Burada iraqlı həmkarı Nuri əl-Maliki tərəfindən qarşılanan əl-Müəllim onunla ikitərəfli görüş keçirib.

İraq və Suriya xarici işlər nazirlərinin ikitərəfli və heyətlərarası görüşündə əsas müzakirə mövzusu Suriyadakı münaqişə, İraqdakı suriyalı qaçqınların problemləri və iki ölkə arasındakı münasibətlər olub.

AzNews.az