Qahirə məhkəməsi daxili işlər nazirini həbs etdi

Bu gün Qahirənin rayon məhkəməsi Misir daxili işlər naziri Məhəmməd İbrahimin vəzifədən azad olunaraq bir il müddətinə həbs olunması barədə qərar qəbul edib.

Bundan əlavə İbrahim 200 dollar cərimə ödəməlidir.

Qərara əsas kimi nazirin məhkəmə qərarlarını icra etməməsi göstərilir.

Bir ay əvvəl məhkəmə baş naziri Hişam Kandilin də həbs olunması barədə qərar qəbul etmişdi. Lakin hökumət məhkəmənin qərarına əhəmiyyət verməyib. //apa//

AzNews.az