19 türk həbs edildi - Çində

Çinin şimal-qərbindəki Sincan vilayətində məhkəmə dini ekstremizmin təbliği və digər oxşar maddələrlə ittiham olunan 19 uyğur barəsində hökm çıxarıb. ANS PRESS-in məlumatına görə, ən ağır cəza internetdə cihad və etnik nifrəti təbliğ edən materiallar yerləşdirməkdə şübhəli bilinən şəxsə verilib. O, ömrünün 6 ilini dəmir barmaqlıqlar arasında keçirəcək.

İctimai asayişi pozmaq və internetdə şayiələr yaymaq da daxil olmaqla digər ittihamlarla üzləşənlər isə 2 ildən 5 ilədək həbs cəzası alıb.

Hökuməti Çindən ayrılaraq Şərqi Türkistan adlı yeni dövlət yaratmaq istəyən uyğurlar tərəfindən artan təhlükə ilə qarşılaşdıqlarını bildirirlər.

Bir çox hüquq müdafiə təşkilatları Pekinin müsəlman icmalarında güclü polis nəzarətinə haqq qazandırmaq üçün hədələri şişirdilmiş şəkildə təqdim etdiyini deyir.

AzNews.az