- Köhnə - Dünya
- 6 İyul 2013 09:16
- 2 357
İraqda qanlı gecə: 28 ölü
Gün ərzində ölkənin müxtəlif şəhərlərində törədilən terroru hələ ki heç bir qruplaşma öz boynuna götürməyib. Təkcə ölkənin paytaxtı Bağdadda məsciddə partladılan bomba 20 nəfərin dünyasını dəyişməsi ilə nəticələnib. Samirədə yol kənarında naməlum avtomobilin partladılması nəticəsində 3, Kutda isə 5 nəfər həlak olub.
Hazırda törədilən terrorla bağlı araşdırılma aparılır.
Aynur Hüseynova
AzNews.az