- Köhnə - Dünya
- 22 İyul 2013 18:50
- 2 275
2000 nəfər “Riverdance“ şousunun Ginnes rekordunu təzələdi
2000-dən çox adam eyni anda irland rəqsi ifa edərək, məşhur "Riverdance" şousunun Ginnes rekordunu təzələyib. Bu barədə Böyük Britaniyanın "BBC" telekanalı xəbər verir.
Rekord cəhdində dünyanın 44 ölkəsindən 163 rəqs məktəbinin nümayəndələri iştirak edib. Ginnes Rekordlar Kitabının qaydalarına görə, bu cür rekordların qeydə alınması üçün iştirakçılar eyni xətt üzrə 5 dəqiqə ərzində rəqs etməlidir. Tarixə düşmək istəyənlərin və bu anı işıqlandırmaq istəyən kütləvi-informasiya vasitələri nümayəndələrinin sayı o qədər çox olub ki, onlar Liffi çayının bir sahilindən başlayan və o biri sahilində qurtaran körpünün üzərində uzun bir sıraya düzülməli olublar.
İştirakçılara nyu-yorklu rəqqas Cin Batler rəhbərlik edib. İlk dəfə 1994-cü ildə "Riverdance" şousunu "Avroviziya" müsabiqəsində tanıdan da məhz o olub. Qeyd edək ki, bundan əvvəlki irland rəqsi rekordunda 652 nəfər iştirak etmişdi.//anspress//
AzNews.az