Donuz ətinin fotosu ölkəni qarışdırdı

Malaziyada müqəddəs Ramazan ayında sosial şəbəkələrdə donuz ətindən hazırlanan yeməklərin fotolarının yayılması təhqir kimi qiymətləndirilib.

Prokurorluq Facebook şəhifəsində donuz ətindən hazırlanan şam yeməyinin fotosunu yayan 2 nəfərə qarşı cinayət işi açıb. Onları 8 ilə qədər həbs gözləyir.

"The Huffington Post" xəbər verir ki, 20 yaşlı Alvin Tan və Vivian Li donuz əti yedikləri yerdə çəkilən şəkillərini yayaraq həmvətənlərini Ramazan münasibətilə təbrik edib.

Daha sonra gənclər bunu zarafatla etdiklərini bildirsələr də, hakim onları girov müqabilində azadlığa buraxmaqdan imtina edib.

Elnarə Əlosmanqızı
AzNews.az