- Köhnə - Dünya
- 15 Avqust 2013 07:36
- 2 581
Misirdə ölü sayı 278-lə 2200 arasında dəyişir
Misirin "Adəviyə" və "Nahda" meydanlarında aksiyaşılara silahlı müdaxiləsi nəticəsində ölü sayı ilə bağlı dəqiq rəqəm açıqlanmır. Türkiyə mətbuatının məlumatına görə, ölü sayı 278 ilə 2200 arasında dəyişir.
Misirin Səhiyyə Nazirliyi 278 nəfərin öldüyünü açıqladığı bir zamanda "Müsəlman qardaşları" ölənlərin sayının ən azı 2200 nəfər olduğunu bildirib. Yaranmış bu vəziyyətdə prezidentin müşaviri Məhəmməd əl Baradey istefa edib.
Elnarə
AzNews.az