Şahzadə Diananın ölümü barədə yeni məlumat

CNN Skotland-Yarda istinadən Uels şahzadəsi Diana ilə misirli iş adamı Dodi əl-Fayedin həlak olduğu yol nəqliyyat hadisəsi barədə yeni məlumatların alındığı barədə xəbər yayıb.

Polis əmin edib ki: "Bu, işin yenidən araşdırılması deyil". Məlumatda deyilir ki, alınan məlumatın doğruluğu xüsusi şöbə tərəfindən yoxlanılır. Həmin məlumatın məzmunu rəsmi olaraq açıqlanmır.

Şahzadə Diana, Dodi əl-Fayed və sürücü Anri Pol 1997-ci il avqustun 31-də Parisdə Alma körpüsünün yanındakı tuneldə avtomobilin tunelin divarına çırpılması nəticəsində ölmüşdülər. Rəsmi məlumata görə, qəza zamanı sürücü sərxoş olub və sürəti artırıb, bu səbəbdən də avtomobili dayağa çırpıb.

AzNews.az