Milyarderə qarşı ittiham: fırıldaqçısınız, cənab

Nyu-York ştatının baş prokuroru milyarder Donald Trampa qarşı iddia qaldırıb. O, "Tramp Universiteti"nin işinin təşkilində fırıldaqçılığa yol verməkdə günahlandırılır.

Prokuror Erik Şneydermanın ərizəsində bildirilir ki, yüksək təhsil xidmətləri təqdim edəcəyini boynuna götürən təşkilat əslində müştərilərin soyulması ilə məşğul imiş. Şneydermanın sözlərinə görə, tələbələri çox zaman bahalı və dəyərsiz seminarlarda iştiraka cəlb ediblər. Bundan başqa, təhsil üçün 35 min dollar ödəmiş 5 min tələbəyə Trampın özü ilə görüşəcəkləri vəd edilib, əvəzinə isə görüşə gələnlərə milyarderin boyu hündürlükdə fotosu göstərilib.

Şneyderman Trampın 40 milyon dollar kompensasiya ödəməli olduğunu deyir.

Donald Tramp isə bütün ittihamları təkzib edib, onları yalançı və Demokratik partiyanın xeyrinə motivə olunmuş hərəkət adlandırıb (Tramp Barak Obamanın ən qatı əleyhdarıdır). Biznesmenin vəkilləri isə 11 min tələbədən onun xeyrinə sənəd alıblar. (milli.az)

AzNews.az