- Köhnə - Dünya
- 26 Avqust 2013 08:50
- 2 158
ABŞ Suriyanı vurur?
Məsələ ilə bağlı ABŞ Müdafiə naziri Chuck Hagel, "Prezidentin seçdiyi variantların tətbiqi, birliklərin və hərbi texnikaların ona uyğun yönləndilməsini tələb edir" - deyə bildirib.
Pentaqonun açıqlamasına görə, səlahiyyət müddəti bitən USS Mahan döyüş gəmisi Virginiadakı bazasına dönməlidir. Buna baxmayaraq, altıncı filo komandiri gəminin Şərq Aralıq dənizində davamlı qalması əmrini verib.
Bölgəyə yön alan dördüncü Amerikan döyüş gəmisi USS Mahanın balistik mərmi tutumlu olduğu da bildirilir.
Hələlik isə Suriyaya hücum olub-olmayacağı haqda ətraflı məlumat verilmir.
Elman
AzNews.az