Prezidentin işi məhkəməyə göndərildi

Misirin devrilən prezidenti Məhəmməd Mursinin işi sentyabrın 1-də məhkəməyə göndərilib.

Onunla bərabər "Müsəlman Qardaşları" Təşkilatının 14 üzvünün də işi artıq məhkəmədədir. Bu barədə məlumatı Misirin Baş Prokurorluğu yayıb.

Onlar qan tökülməsi ilə nəticələnən qarşıdurmaya şərait yaratmaqda ittiham edilirlər. İşin əsas motivi 2012-ci il dekabrın 5-də Prezident Sarayı qarşısında baş verən qarşıdurmadır.

Məlumata görə Mursi həmin gün qvardiyaya mitinqi dağıtmaq əmri versə də, onlar bundan imtina edib. Nəticədə dövlət başçısı silahlı islamçıların gücündən istifadə edib, 5 nəfər ölüb, 600 nəfər yaralanıb.

Elnarə
AzNews.az