Papadan Suriya müraciəti

Roma Papası Francis Suriya üçün dua edəcək.

Papa bu gün bütün dinlərə mənsub olanları Suriya və yaxın Şərqdə sülh üçün dua etməyə səsləyib. Bundan sonra o, Suriyadakı "Əl Zaitoun" kilsəsində dua mərasimi keçiriləcəyini açıqlayıb.

Papa Francis özü isə Vatikanın Müqəddəs Petrus Meydanındakı dua mərasiminə qatılacaq.

Papa Suriyadakı kimyəvi silahdan istifadəni sərt şəkildə tənqid edib və bu ölkədə son günlərdə baş verənlərdən sonra qəlbinin dərin yara aldığını deyib.

Papa beynəlxalq ictimaiyyəti Suriyadakı münaqişəni sülh yolu ilə həll etməyə çağırıb. "Şiddət sülhə gətirməz. Savaş savaşdır".(anspress)

AzNews.az