Obama xalqa müraciət etdi

ABŞ prezidenti Barak Obama xalqa müraciət edərək Suriyada kimyəvi silahdan istifadənin cavabsız qalmamasının vacibliyini bildirib. Obama müraciətində hərəkətə keçməli olduqlarını deyib.

Qeyd edib ki, əgər bu baş verməsə başqa tiranlar zəhərli qaz almazdan və ondan istifadə etməzdən əvvəl iki dəfə düşünməyəcək: "Əgər döyüşlər Suriya sərhədindən kənara çıxarsa, bu silahlar Türkiyə, İordaniya və İsrail kimi müttəfiqlərimizə təhlükə törədə bilər. Kimyəvi silahdan istifadəyə qarşı dayanmasaq digər kütləvi-qırğın silahlarının qadağası zəifləyəcək . Bu isə Əsədin müttəfiqi olan və nüvə silahı hazırlayan İranı gücləndirəcək".

Obama Suriya probleminin həlli ilə bağlı Rusiyanın təklifini öyrəndiklərini və hələlik müdaxilə ilə bağlı qətnamənin səsverməsinin dayandırıldığını bildirib.

Elnur
AzNews.az