“60 yaşlı prezident xanım belə geyinməməlidir“ - Qalmaqal

Argentinanın dövlət başçısı Kristina Kirşnerin qatıldığı mərasimlərdən birində əynində olan geyim ölkədə siyasi qalmaqala səbəb olub.


Əri, mərhum prezident Nestor Kirşner vəfat edəndən bəri yas saxlayıb qara geyinən Kristina Kirşner Buenos-Ayres əyalətinin qubernatoru Daniel Sçiolinin qatıldığı bir açılış mərasiminə əynində qara "tayt" tipli şalvarla gəlmişdi.

Hər gün ən azı iki saat gimnastika ilə məşğul olan prezident K.Kirşnerin geyimi sərt tənqidlərə səbəb olub.

Sosial şəbəkələrdəki argentinalıların əksəriyyətinin fikrincə, 60 yaşlı prezident xanım belə geyinməməlidir.

Feministlər isə K.Kirşneri dəstəkləyiblər.(milli.az)

AzNews.az