Dünyanın ilk dollar trilyoneri

ABŞ vətəndaşı Reggie Zeus dünyanın ilk dollar trilyoneri olaraq tarixə düşdü.

ABŞ-da restoran müdir işləyən Reggie Zeus, bir bankın səhvi nəticəsində qısa müddətə trilyoner olub.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən bir bank əməliyyat apararkən səhvə yol verib. Nəticəsində Reggie Zeusun hesabına 4 trilyon dollar yatırılıb. Bank səhvi qısa bir müddət sonra fərq edilib və səhvini düzəldib.

Elman
AzNews.az