Mərkəzi Afrika Respublikasındakı toqquşmada 30 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında (MAR) "Seleka" qruplaşmasının üzvləri və ölkənin şimal-qərb bölgəsinin sakinləri arasında baş vermiş toqquşmalar nəticəsində 30-dan çox insan ölüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, toqquşmalar Qarqa yaşayış məntəqəsində baş verib. İnsident nəticəsində onlarla dinc sakin yaralanıb.

"Seleka" təşkilatından olan üsyançılar Mərkəzi Afrika Respublikasında hakimiyyəti cari ilin may ayında ələ keçiriblər. Qruplaşmanın lideri Mişel Cotodiya özünü ölkənin prezidenti elan etdikdən sonra təşkilatın buraxılması barədə qərar verib. Qruplaşmanın üzvləri ara-sıra ölkədə dinc sakinlərə hücumlar törədərək, soyğunçuluqla məşğul olur.


AzNews.az