Silahlı şəxs 4 nəfəri girov götürdü

AzNews.az RIA NOVOSTI - yə istinadən xəbər verir ki, Parisin 5-ci dairəsində yerləşən "CİC" bankının filialında silahli hücum olub. Silahlı şəxs bankın 4 əməkdaşını girov götürüb. Bir neçə saat sonra isə onlardan 3 nəfərini azad edib. Bir nəfər isə hələ də onun nəzarəti altında qalıb. Cinayətkar bu addımı əlil oğluna sığnacaq verilməməsinə etiraz olaraq atdığını bildirib. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Silahlı ilə danışıqlar aparılır.
AzNews.az