Talibana qarşı əməliyyatlarda 36 ölü

AzNews.az-ın məlumatına görə, Əfqanıstanda son 24 saatda Talibana istiqamətli təşkil edilən əməliyyatlarda 36 talibanlının öldürüldüyü bildirilir.

Əfqanıstan Daxili İşlər Nazirliyi, əməliyyatların Nangarhar, Pervan, Zabil, Uruzgan, Vardan və Qəznə şəhərlərində reallaşdığını, 3 Taliban üzvünün də tutulduğunu açıqlayıb. Əməliyyatlarda çoxlu sayda silahın ələ keçirildiyi də bildirilir. Taliban isə açıqlamasında Daxili İşlər Nazirliyi tərəfindən deyilənləri təkzib edib. Bildirilib ki, nazirliyin açıqladığı rəqəmlər səhvdir. Əksinə keçən 24 saat ərzində Taliban çoxlu sayda Əfqan və xarici əsgərləri öldürüb.

Elman
AzNews.az