- Köhnə - Dünya
- 21 Noyabr 2013 12:05
- 3 980
ABŞ pilotsuz təyyarələri orta məktəbi vurdu: 6 ölü
Pakistanın Xeybər-Pakthunkva əyalətində ABŞ tərəfindən reallaşdırılan pilotsuz təyyarələrin hava hücumunda 6 mədrəsə tələbəsi ölüb, 8 isə yaralandığı bildirilir.
AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, Pakistan Taliban lideri Hakimullah Mehsudun noyabrın 1-də öldürülməsinin ardından ölkədə ilk dəfə pilotsuz təyyarələrdən hava hücumu reallaşıb. Mədrəsəyə 3 mərmi atıldığı, təyyarələrin bölgədə uçuşu davam etdirdiyi və hücumun bölgədə əhali arasında gərginliyə səbəb olduğu qeyd edilir.
Elman
AzNews.az