Yaponiyanın ərazisi artdı


Yaponiyanın cənubunda, dənizin altında meydana gələn vulkan püskürməsi nəticəsində yeni ada yaranıb.

Yapon mütəxəssisləri adanın Nishinoshima sahillərində ortaya çıxdığını və diametrinin təxminən 200 metr olduğunu bildirir.

Adada vulkanik fəaliyyətin davam etdiyi, üzərində hələ sıx duman və kül təbəqəsi olduğu bildirilir.

Yaponiya hökumətinin mətbuat sözçüsü Yoshihide Suğanın adanın yox olması ehtimalı ilə yanaşı, kiçik də olsa yeni bir torpaq parçasına sahib olmanın onları çox məmnun etdiyini söyləyib.

Xatirladaq ki, bölgədəki vulkanlar 1870 və 1980-ci illərdə də bunabənzər adalar yaradıb. Ancaq onların zamanla aşındığı ya da tamamilə yox olduğu bildirilir.

Elman
AzNews.az