Sevgilisinin əmrlərindən bezib özünü binadan atdı

Çində sevgilisi ilə alış-verişə çıxan gənc oğlan qızın daha bir neçə mağazanı gəzmək israrlarından bezərək, özünü hündürdən atıb öldürüb.

Lent.az-ın "Dailymail" qəzetinə istinadən xəbərinə görə, 38 yaşlı Tao Hsioa böyül Ticarət Mərkəzində sevgilisi ilə birlikdə gəzirmiş. 5 saatlıq alverdən sonra isə Tao yorulub və evə getməyi təklif edib.

Bunun ardınca isə qız alış-verişi davam etdirməklə bağlı israr edib. İsrarlardan bezən 38 yaşlı oğlan özünü Ticarət Mərkəzinin yuxarı mərtəbəsindən aşağı atıb.

Şahidlərin dediklərinə görə, oğlan sevgilisi ilə söhbətdə qışqırırmış ki, onlar artıq yetəri qədər alver ediblər və yükləri daşımaq çətindir.

Şahidlərin biri deyib ki, oğlan qıza onun kifayət qədər çox sayda ayaqqabısının olduğunu və onları ölənə qədər geyinə biləcəyini deyib. Qız isə yeni mağazaları gəzmək üçün israr edirmiş. Bildirilir ki, bəxtsiz gənc hündür mərtəbədən tullandığı üçün yerə dəyən kimi ölüb.


AzNews.az