9 uşaq soyuqdan dondu


Suriyada soyuqdan donaraq ölən körpələrin sayı 9-a çatıb.


Suriya İnsan Haqqları Təşkilatının ( SNHR ) açıqlamasına görə , Halepə əl- Məysrə bölgəsində 1, Mənbəçdəki qaçqın düşərgəsində 4 yeni doğan körpə , Xumsu əl- Hula bölgəsində 2, Əl - Vair bölgəsində 1, Əl -Hara bölgəsində 1 uşaq olmaqla ümumilikdə 9 uşaq həyatını itirib.

Qeyd edək ki, bundan əvvəl də Hələb və Həmasta 2 uşaq donaraq ölmüşdü . Bölgədəki həkimlər soyuq hava şəraiti ilə bağtı ölümlərin arta biləcəyinə dair xəbərdarlıq edib.

Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası (SMDK ) isə hadisələrin qarşısının alınması üçün təcili yardıma çağırıb.

Elman
AzNews.az