- Köhnə - Dünya
- 18 Dekabr 2013 21:49
- 2 543
Hitler vətəndaşlıqdan çıxarıldı
ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, bununla bağlı Bavariya şəhər şurası qərar qəbul edib.
Hələ ötən həftə bununla bağlı şəhər şurası toplantı keçirsə də, deputatların arasında fikir ayrılığı yaranıb və heç bir qərar qəbul olunmayıb. Bəzi deputatlar hesab ediblər ki, Hitlerin fəxri vətəndaş statusunun ləğvi tarixi təhrif etmək olardı.
Xatırladaq ki, Hitlerə Bavariyanın fəxri vətəndaş statusu 1933-cü ildə verilib.
AzNews.az