“Reuters”in fotoqrafı öldürüldü

Suriyanın Hələb şəhərində "Reuters" agentliyinin Yaxın Şərq bölgələri üzrə agentliyə fotolar göndərən ştatdankənar əməkdaşı öldürülüb.
Musavat.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, fotoqraf Hələbdə hökumət qoşunları ilə üsyançı dəstələr arasındakı toqquşma zamanı həlak olub.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsini işıqlandıran juranilstlər vaxtaşırı hücuma məruz qalırlar. "Amnesty İnternational"ın məlumatına görə, münaqişə başlayandan azı 36 jurnalist qətlə yetirilib.


AzNews.az