- Köhnə - Dünya
- 23 Dekabr 2013 11:34
- 5 010
ABŞ-da həyat iflic oldu: 9 ölü

AzNews.az ABŞ mətbuatına istinadən xəbər verir ki, ölkənin cənubunda olan Kentuckyada 5 nəfər həyatını itirərkən, Arkansasda sürəti saatda 200 kilometr çatan qasırğa da 1 nəfərin ölümünə səbəb olub.
Ölkənin Great Lakes və New England bölgələrində qar və buzlaşma yaşanarkən, Midvest ştatlarında da fasiləsiz yağan qar həyatı iflic edib. Ümumilikdə ABŞ-da 440 min ev və iş yeri elektriksiz qalıb.
Ölkənin müxtəlif bölgələrində sərt hava şəraiti 700-dən çox təyyarə uçuşunun təxirə salınmasına səbəb olub. 11 min uçuşun isə gecikdiyi qeyd edilir. Kanadanın şərqində də şiddətli hava şəraiti ilə bağlı təxminən 475 nəfərin elektriksiz qaldığı bildirilir.
Elman
AzNews.az