Keçmiş hərbçi özünü asdı

AzNews.az "Vaşinqton post" qəzetinə istinadən xəbər verir ki, səkkiz il əvvəl İraqda qadınları zorlamaqda və ailə qətlində ittiham edilərək həbs olunan ömürlük məhkum, keçmiş amerikalı hərbçi Stiven Qrin həbsxanada özünü asıb.

İstintaqın məlumatına görə, 2006-ci ilin mart ayında Qrin və onun tabeçiliyində olan üç hərbiçi iraqlı Mahmudinin evinə daxil olublar. Onun 25 yaşlı həyat yoldaşını zorlayıblar. Kişi, qadın və 5 yaşlı uşaqlarını başlarından güllələyərək, öldürüblər.
Qrin bu işdə özünü günahkar hesab etməyərək məhkəmədə az iş verilməsinə çalışıb. 2006-ci ildə ordu sıralarından tərxis olduğu üçün onu mülki məhkəmə mühakimə edib. 2009-ci ildə məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.

Həbsxana rəhbərliyinin açıqlamasına görə, Arizona ştatının Tuson şəhər həbsxanasında cəza çəkən 28 yaşlı Qrin fevralın 15-də öz kamerasında asılmış vəziyyətdə tapılıb.
Məhkəmə tibb ekispertizası bu məlumatları təsdiqləyib.

Elman
AzNews.az