- Köhnə - Dünya
- 27 Fevral 2014 22:21
- 3 723
Erməni nazir Krım Radasının tutulmasından danışdı - Foto

Arsen Avakov yazıb: "Səhər tezdən avtomat və pulemyotla silahlanmış naməlum adamlardan ibarət dəstə Simferopolda Krım Ali Radasının binasını tutub. Daxili qoşunlar və bütün milis heyəti döyüş hazırlığına gətirilib. Mülki əhali arasında qan tökülməsinə yol verməmək üçün Ali Radanın yerləşdiyi məhəllə mühasirəyə alınıb. Ekstremist əməllərin inkişafının qarşısının alınması, şəhərin mərkəzində hərbi toqquşmaya yol verilməməsi üçün bir sıra tədbirlər görülüb. Təxribatçılar fəaliyyətə başlayıb. Soyuq başla düşünmək, sağlam qüvvələri bir araya gətirmək və dəqiq addımlar vaxtıdır". (ANS)
