Ədalətsiz qərar verən hakim yoxa çıxdı

Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonu mühakimə etmiş hakim Rodion Kiriyev yoxa çıxıb.

"Axar.az"ın məlumatına görə, Timoşenko azadlığa çıxandan sonra Kiriyev məhkəmə proseslərinə gəlmir. Bildirilir ki, onun fevralın 25-də 10 yaxın məhkəmə işi olsa da, qalmaqallı hakimi məhkəmə zalında və kabinetində görən olmayıb. Onun köməkçisi jurnalistlərə, "Kiriyev yoxdur, məzuniyyətdədir" - deyə açıqlama verməklə kifayətlənib.

Bu arada Timoşenkonun vəkilləri hakimin ədalətsiz mövqeyinə görə ona qarşı iddia müraciətinə hazırlaşırlar.

Xatırladaq ki, Rodion Kiriyev 2011-ci ildə Yulya Timoşenkoya qarşı 7 il həbs cəzası kəsmişdi.


AzNews.az