- Köhnə - Dünya
- 14 Mart 2014 11:06
- 1 865
ABŞ Ukrayna ilə bağlı qanunun qəbulunu təxirə saldı

ABŞ Senatı Ukraynaya maliyyə yardımını nəzərdə tutan qanun layihəsinin qəbulunu təxirə salıb.
AzNews.az-ın məlumatına görə, bunu ABŞ parlamentinin yuxarı palatasının demokrat fraksiyasının lideri Herri Rid jurnalistlərə açıqlmasında deyib. O bildirib ki, Senat qanun layihəsinə martın sonunda baxılmasını məqsədəuyğun hesab edib.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama bəyan etmişdi ki, ölkə Konqresi Ukraynaya 1 milyard dollar verilməsində problem yoxdur və parlament bu məsələdə narahatlıq yaratmayacaq.
AzNews.az