Milyoner sevgilisi tərəfindən öldürüldü - Qısqanclıq

48 yaşlı qızıl taciri Ndrev Buş adlı İngilis iş adamı İspaniyadakı villasında ölü tapılıb. İş adamının baş nahiyəsinə iki güllə yarası aldığı bildirilir.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, polis onun öldürülməsində şübhəli bilinən Şərqi Avropalı olduğu hesab edilən sarışın bir qadını axtarır. 20 yaşlı Maria Kukucova adlı həmin qadının milyonerin sevgilisi olduğu bildirilir. Polisin açıqlamasına görə, cinayət Andrev Buşun İngilis mənşəli yeni qız dostu ilə İspaniyaya tətilə gəlmələrindən dərhal sonra reallaşıb. Sevgilisinin başqa birisi ilə olmasını qısqanan Slovak əslli gənc qadın iş adamını öldürüb.

Elman
AzNews.az