NATO-nun baş katibi Ermənistan prezidenti və ASALA-nın hədələrinə cavab verdi

AzNews.az APA-ya istinadən xəbər verir ki, baş katib Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında NATO-nun terrorizmin bütün formalarını pislədiyini bəyan edib: "Biz bütün siyasi liderləri terror bəyanatlarından çəkinməyə çağırırıq. Bölgəyə gəldikdə, burada gərginliyin azaldılmasına və əməkdaşlığın genişləndirilməsinə, gücləndirilməsinə ehtiyac var".

A. F. Rasmussen yaranmış vəziyyətdən narahat olduğunu da dilə gətirib: "Mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edirəm. NATO öz mövqeyini Çikaqo sammitində ifadə edib. Biz danışıqlarda birbaşa iştirak etməsək də, Minsk Qrupunun səylərini tam dəstəkləyirik".

Elza

AzNews.az