Hərbi əsirlər dəyişdirildi – Ukrayna

Ukrayna Silahlı Qüvvələrinin 63 hərbçisi Rusiya Ordusunun 9 desantı ilə dəyişdirilib.


AzNews.az-ın məlumatına görə, əsirlərin dəyişdirilməsi prosesi Xarkov vilayətinin "Qoptovka" sərhəd keçid məntəqəsində həyata keçirilib.

Əvvəlcə, saat 21.00 radələrində desantlar Rusiya tərəfindən təhvil alınıb. Saat 03.00 radələrində isə 63 hərbçi Ukraynaya verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Silahlı Qüvvələrinin 98-ci diviziyasının 331-ci desant-paraşüt alayının hərbçiləri Donetsk istiqamətindən sərhədi keçdikləri zaman Ukrayna güc strukturlarının əməkdaşları tərəfindən tutulmuşdular.

Məhəmməd
AzNews.az