- Köhnə - Dünya
- 10 Sentyabr 2014 10:09
- 2 040
Polşanın Baş naziri istefa verdi

Polşa Baş naziri Donald Tusk istefa verib.
Axar.az xəbər verir ki, bu barərə Polşa mətbuatı xəbər yayıb.
Tusk Polşa Təhlükəsizlik Şurasının iclası zamanı öz istefa ərizəsini ölkə prezidenti Bronislav Komorovskiyə təqdim edib. Cümə axşamı prezident Baş nazirin istefasını rəsmən qəbul etməlidir.
Polşa Baş nazirinin istefa verməsinə səbəb, onun Avropa Şurasının prezidenti seçilməsidir. Tusk səlahiyyətlərinin icrasına bu ilin dekabrında başlayacaq.
AzNews.az